Novruz atəşfəşanlığı (+Texniki göstəricilər)

Uzun müddət idiki atəşfəşanlıq çəkmək istəyirdim, lakin belə bir fürsət əlimə düşmürdü. Çox fotolarda görmüşəm, gecə çəkilişləri arasında ən gözəllərindən birdir. Nəhayət keçən həftə istəyimə çatdım. Düzü çox qaça-qaça düşdüm. Çünki atəşfəşanlığın dəqiq yerini bilmirdim. Ona görədə ən optimal variant kimi “Dağüstü Parkı” seçdim. Maraqlananlar üçün texiniki detalları bölüşmək istəyirəm. Çünki mən çəkməmişdən əvvəl axtardım, amma Azərbaycan dilində bu mövzu ilə bağlı yazı tapa bilmədim.

IMG_4118-2
Atəşfəşanlıq çəkmək üçün mütləq geniş bir ərazi seçmək lazımdır. Yaxın məsafədən atəfəşanlığı çəkməyi düşünməyin. Bu  çəkilişdə ştativ həyati əhəmiyyət daşıyır. Çünki uzun pərdə sürəti ilə çəkildiyi üçün ştativsiz keçinmək heç cürə mümkün deyil. Genişbucaqlı obyektivlərdən istifadə etmək məsləhətlidir. Amma yoxdursa eybi yox, adi – 18-55 və digər kit lenslər də işinizə yarayacaq. (Bu fotoları 18-55 mm-lə çəkmişəm.) Çəkilişə başlamazdan əvvəl diqqət edin ki obyektivin stabilizatoru “off” rejimində olsun. Çünki onsuzda ştativlə çəkildiyi üçün əsmə olmayacaq, amma stabilizator “on” rejimində olarsa, kadrda əsmə yaradacaq. Eləcə də avto fokus funksiyasını da söndürün.  Əgər obyektivin üstündə sonsuzluq – ∞ işarəsi varsa, fokus məsafəsini sonsuzluğa qoyun. Əgər yoxdursa özünüz müəyyən edin fokusu. Əks halda avtofokus funksiyası ilə çəkməyə çalışsanız xəyal qırıqlığına uğrayacaqsınız. Çünki az işıqlı bir məkanı çəkdiyiniz üçün aparat fokusu özü götürə bilməyəcək.

İndi isə keçək əsas texniki parametrlərə. Belə ki, atəşfəşanlığı çəkən zaman diafraqma 10-12f və hətta 22f ola bilər. Mən bu fotoları 22 diafraqma ilə çəkmişəm. Pərdə sürəti isə 8-10 saniyə arasına olmalıdır. Yenə burda təcrübəmə dayanaraq bir şey qeyd edim ki, mən sürəti 15 saniyəyə qədər endirdim, nəticədə fişənglər partladığı zaman onların hissələri havada axdı, bu isə kadra çox dağınıq görünüş verdi  Bir neçə fişəng partlayıb yayılandan sonra çox eybəcər foto əmələ gəlirdi. Əsas diqqət etməli olduğunuz amillərdən biri də çəkiliş məkanının işıqlandırılmasıdır. Əgər işıqlı bir şəhərin üzərindəki atəşfəşanlığı çəkirsinizsə şəhərin işıqlığından asılı olaraq diafraqmanı lazım olan qeder endirin. Əks halda şəhərin işıqları kadrda yanacaq.

Digər vacib məsələ: çəkilişə gedən zaman əgər varınızdırsa özünüzlə pult götürün. Çünki çəkmə düyməsinə basan zaman titrəmə yaranır.  Əgər yoxunuzdursa çıxış yolu kimi fotoaparatın “timer”-indən istifadə edin.

Birdə mütləq çəkiliş edəcəyiniz yerə ən azı yarım saat əvvəldən çatın. Bu sizə çox rahatlıqla hazırlaşmağa və istədiyiniz nəticəni əldə etməyə imkan verəcək

Bu qədər. İlk atəşfəşanlıq fotolarımı sizinlə bölüşürəm. :) Düzdür, bu fotolara tam uğurlu demək olmaz , amma ilk təcrübə üçün o qədər də pis deyil məncə. ;) Hər kəsə uğurlar!  İşığınız bol olsun.

Fotolar Qaynar.info saytı üçün cəkilib!

Qeyd: 1-ci fotodan başqa digərlərinin üstünə klik etməklə “slide”  formasında fotoları izləyə bilərsiniz.

2 Comments

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s