Uşaqlıq sevinci

Bəlkədə o qədər də güclü mənalı bir foto deyil. Amma bu  fotonun mənim üçün xüsusu bir önəmi var. Beləki 2012 ci ilin avqust ayı idi. Və Hilton oteldə bir tədbiri çəkməyə göndərmişdilər ofisdən. Düzün etiraf edimiki həmin aylarda artıq işimdən çox bezmişdim.  Hətta gəldiyim tədbir belə əsəblərimə toxunurdu artıq. Hər şey cansıxı idi.  Həmin ərəfələrdə Neftçilər prospekti təmirə dayandırılmışdı. Və demək olarki işlər tamamlansada istifadəyə verilməmişdi. Fikirli, əsəbi və birazda bezgin vəziyyətə pəncərədən durub həmin prospektə baxırdım. Birdən bu fotodakı ata (bəlkə əmisi, dayısı, və s. ) və qız düz prospektin ortasına gələrək bu cür foto çəkməyə çalışırdılar. Tez aparatımı işə salıb onları çəkməyə başladım. Qız bir neçə cəhd etdi, elə bu an otelin içində gəldiyim tədbir başladı.

IMG_5264

Qonaq xüsusi olduğundan hamı onun qarşısına yüyürdü ki,  yaxşı yerdə durub onu rahat çəkə bilsin.  Və artıq bu ata ilə qızdan yayınıb öz yerimi tutmağa çalışdım. Düzü həmin an nə çəkdiyimə baxmaq üçün vaxt tapa bilmədim. Tədbiri və qonağı çəkməyə başladım. Təxminən 15 dəqiqə ərzində mənə lazım olanları çəkib fotolara baxırdım ki, aparatda birdən bu fotonu gördüm🙂 Çox təəccübləndim və həmdə çox sevindim. Çünki bu fotonu çəkdiyimdən xəbərsiz idim.  Çox rahatlatmışdı bu məni. Hətta əhvalımda düzəlmişdi. Həmin günü çox böyük ruh yükəskliyi ilə başa vurmuşdum. Ayın sonu isə artıq işdən çıxıdm😀


2 Comments

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s